Ukraynanın hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemi Rusiyanın xüsusi əməliyyatı nəticəsində demək olar ki, tamamilə məhv edilib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, Ukrayna aviasiyasının döyüş növlərinin həyata keçirildiyi 16 əsas hərbi aerodrom vurulub.