Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevin Nikolaevka rayonundakı Ukrayna ordusunun komanda mərkəzinə nəzarəti ələ keçirib.
"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna əsgərlərinin müqavimət göstərmədiyi, əksəriyyəti yüksək rütbəli əsgərlər olmaqla ümumilikdə 61 Ukrayna əsgərinin könüllü olaraq Rusiya ordusuna təslim olduğu bildirilib.
Ukrayna əsgərlərinin ərzaq çatışmazlığı səbəbindən təslim olduğunu açıqlayan Rusiya Müdafiə Nazirliyi, “Sursat və ərzaq çatışmazlığı səbəbindən əsgərlər kütləvi şəkildə silahlarını yerə qoydular. Döyüş zamanı silahlarını yerə qoyan bütün əsgərlər təxliyyə edilib, ehtiyacı olanlara tibbi yardım edilib, bütün Ukrayna əsgərlərinə yemək verilib”, - deyə qeyd edib.