Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhətində problemlər yaranıb.
"Unikal" "Report"a istinadən xəböər verir ki, bu barədə onun vəkili Hikmət Əliyev deyib.
O bildirib ki, müvəkkili Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssəsinə köçürülüb.
V.Səfərlinin səhhətində konkret hansı problemin olduğu açıqlanmayıb.
"Müdafiə etdiyim şəxs bir neçə gün əvvəl müalicə müəssəsinə köçürülüb. Vüqar Səfərli hazırda müalicəsini orada davam etdirir", - vurğulayıb.