Rusiya Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk vilayətində daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri hücum əməliyyatlarını davam etdirərək, Zolotaya Niva yaşayış məntəqəsini tam nəzarətə götürüb. İrəliləmə sutkada altı kilometr olub", - deyə general-mayor Konaşenkov brifinqdə qeyd edib.
Onun sözlərinə görə, hücum əməliyyatı zamanı 60-a qədər ukraynalı millətçi, iki tank, dörd piyada döyüş maşını, müxtəlif təyinatlı doqquz maşın məhv edilib.
"Bundan əlavə, gecə ərzində Rusiyanın operativ-taktiki və pilotsuz aviasiya bölmələri Ukraynanın 52 hərbi obyektini vurub. Onların arasında dörd komanda məntəqəsi, İzyum qəsəbəsinin cənubunda bir S-300 zenit-raket kompleksi və Kuraxovo ərazisində bir Buk-M1, iki reaktiv yaylım atəşi sistemi, bir sursat anbarı və raket və artilleriya silahları, iki yanacaq və sürtkü materialları anbarları və 38 istehkam və hərbi texnikanın cəmləşdiyi ərazilər var ”, - deyə o bildirib.
Konaşenkov onu da qeyd edib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində biri Bayraktar-TB2 olmaqla 18 Ukrayna pilotsuz uçuş aparatını vurub.