"Qazprom" Avropaya qaz nəqlini dayandırmaq variantlarını nəzərdən keçirir.
"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Rusiya şirkəti "dost olmayan ölkələrə" yanacaq tədarükünün tam dayandırılması ssenarilərini öyrənməyə başlayıb, "Qazprom" belə bir addımın nəticələrini qiymətləndirir. Mart ayında uzunmüddətli müqavilələr üzrə tədarüklərin ödənişi aprelin 1-nə qədərdir.
Kreml rəsmisi Dmitri Peskov daha əvvəl demişdi ki, Rusiya qazının rublla ödənilməsi mexanizmi daha sonra ictimaiyyətə açıqlanacaq. O, həmçinin vurğulayıb ki, "prezidentin göstərişi var, icra olunacaq".
Ağarza Elçinoğlu