“Rusiyanın cəbhənin müxtəlif bölgələrindən qoşunları çıxarması barədə bəyanatlarının real təsdiqini görmürük”.
"Unikal" UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak CNN-ə müsahibəsində deyib.
“Biz inanırıq ki, onlar öz planlarını dəyişiblər. Lakin bu, hələ də müharibənin bitməsi demək deyil. Vəziyyət gərgin olaraq qalır. Xüsusilə humanitar durum çox ağırdır. Mariupolda fəlakət yaşanır. İnsanlar qidasız qalıblar. Rusiya qoşunları isə onların şəhərdən çıxmasına imkan vermirlər” , - o bildiirb.
A.Yermakın sözlərinə görə, Mariupoldakı fəlakət İkinci Dünya müharibəsi zamanı Leninqradın blokadasına çox oxşardır: “Bizim mövqeyimiz aydındır - müharibəni dayandırmaq istəyirik. Biz humanitar dəhlizlərin açılmasında israrlıyıq. Biz Rusiya ilə dialoqu davam etdiririk. İstanbulda keçirilən görüş də bunu təsdiqləyir”.