Papanın istefasının şok səbəbi


İtaliyanın məşhur “La Repubblica” nəşri Roma Papası XVI Benediktin gözlənilməz istefa qərarının səhhəti ilə əlaqədar olmadığını iddia edib.

Nəşr istefanın səbəbinin Vatikan ətrafında yaranan qalmaqalla əlaqədar olduğunu yazıb. Məlumatda deyilir ki, Roma Papası Vatikanın bir sıra nüfuzlu din xadimlərini homoseksualizmdə ittiham edən şantaj xarakterli hesabat əldə edib.

Onların bir qismi isə Vatikanın vəsaitini mənimsəməkdə günahlandırılıblar.

Qəzet vurğulayır ki, Papa belə bir qərarı hələ dekabrın 17-dən qəbul edib.

Vatikanın mətbuat xidməti isə qalmaqallı hesabatı təsdiq və ya təkzib etməkdən imtina edib.