Ukrayna Baş Prokurorluğu Rusiya hərbçilərinə qarşı 3457 cinayət içi açıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb.
“Müharibə qaydalarının pozulması, mülki vətəndaşların öldürülməsi, zorakılıq, işgəncə və digər maddələr üzrə cinayət işləri açılıb. Faktlar sənədləşdirilir”, - o bildirib.