Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-da keçirilən 64-cü Qremmi Musiqi Mükafatları mərasimində video ilə çıxış edib.
"Unikal" xəbər verir ki,mərasimdə Rusiyanın hücumlarının ölkəsində musiqini susdurduğunu ifadə edən Zelenski, “Musiqiçilərimiz smokinq əvəzinə gülləkeçirməz jilet geyinirlər. Xəstəxanalarda yaralılara mahnı oxuyurlar. Bizə bacardığınız qədər dəstək olun, amma susmayın. "Səssizliyi musiqi ilə doldurun"", - deyib.
Ukrayna lideri gec-tez qalib gələcəklərini və Ukrayna şəhərlərinə sülhün qayıdacağını bildirib.
Zelenskinin çıxışından sonra müğənni Con Legend ukraynalı sənətçilər Mika Nyuton, Lyuba Yakimçuk və Siuzanna İgidanla birlikdə səhnəyə çıxaraq “Free” mahnısını ifa edib.