Rusiya qoşunlarının, xüsusən də Buçada həyata keçirdiyi məhkəməsiz edamlar, Putinin Ukraynanı işğal etmək planlarının bir hissəsi idi.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya Xarici Kəşfiyyatının Mİ6-nın rəhbəri Riçard Mur “Twitter” səhifəsində məlumat verib.
“Biz bilirdik ki, Putinin işğalçılıq planlarına ordu və kəşfiyyat tərəfindən məhkəməsiz edamlar daxildir”.
Onun sözlərinə görə, rus əsgərlərinin dinc əhalinin edam etməsi dəhşətli və qandondurucudur.
Bundan əlavə işğaldan azad edilmiş şəhər və kəndlərdə rus əsgərləri tərəfindən mülki rusiyalıların kütləvi şəkildə öldürülməsi faktları qeydə alınıb.
Aprelin 1-də Buça şəhərinin meri Anatoli Fedoruk 280 nəfərin kütləvi məzarlıqda dəfn edildiyini açıqlayıb. Həmçinin Rusiya işğalçılarından azad edilmiş Kiyev vilayətinin ərazisindən 410 nəfər həlak olmuş dinc sakinin cəsədi çıxarılıb.
Gülayə Mecid