Donald Tramp yeni yaratadığı texnologiyanın fəlakətə uğradığını deyib.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, Tramp bu haqda "Mən "Truth Social"-ı böyük texnologiyanın zülmünə qarşı durmaq üçün yatardım",-deyə açıqlama yayıb.
O, həmçinin tvitterdən də gileylənərək “Biz elə bir dünyada yaşayırıq ki, Taliban "Twitter"-də böyük nüfuza malikdir, lakin sizin sevimli Amerika prezidentiniz artıq heç bir söz deyə bilmir, susdurulur”.
Tramp bu sosial mediada heç bir sensuzarın olmayacağını, kim nə istəsə azad fikirlə paylaşa biləcəyini də vəd edib.
Qeyd edək ki, tətbiq 21 fevral Prezidentlər Günündə istifadəyə verilib, lakin altı həftə sonra problemlər yaranıb. Təxminən 1,5 milyon nəfərlik gözləmə siyahısı ondan istifadə edə bilmir.
Həmçinin, "Truth Social" "Twitter"-ə çox bənzəyir, lakin Trampın tərəfdarlarının bir dəstəsi Birləşmiş Ştatların Kapitol binasına hücumundan sonra platforma qadağan edilib. Bu hadisədən sonra Tramp "Truth Social"-ın oğurlandığını elan edib.
Məlumat üçün bildirək ki, fevralın 21-də "Truth Social" App Store-dan ən çox yüklənən proqramlardan biri olub.
Aynurə Xudaverdiyeva