"Vətəndaşlar siyasi qüvvələrə, siyasi qüvvələr vətəndaşlara etibar etmir".
"Unikal" xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
"Bizim əsas problemimiz hakimiyyətə inamsızlığımızdır. Hamı başa düşür ki, birləşmək lazımdır, amma son anda yadına düşür ki, Köçəryana, Sarkisyana nifrət var, ermənilər bütün partiyalardan iyrənir, onlar "siyasət" sözünü eşidəndə, söyməyə başlayır. Bu vəziyyətdə Nikol ömürlük baş nazir olacaq. Bu geniş yayılmış yalan, tam inamsızlıq və ümidsizlik atmosferinə qalib gəlməyin yeganə yolu mümkün qədər şəffaf hərəkət etmək, bir-birinizə qarşı dürüst olmaqdır. Yalanlar səltənətində ən qiymətli, ən güclü mənbə səmimiyyətdir",- deyə o, vurğulayıb.
Gülayə Mecid