Rusiyanın Volokolamsk rayonunun Matrenino kəndində ağır avtobus qəzası baş verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, içərisində 20 sərnişinin olduğu sərnişin avtobusu şəhərətrafı qəsəbələrdəki körpüdən aşıb.

Məlumata görə, qəza M-9 magistralında qeydə alınıb. Hadisə yerinə 6 təcili yardım maşını və helikopter gəlib.

TASS-ın məlumatına görə , qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

Ağarza Elçinoğlu