Rusiyada son sutka ərzində daha 15 291 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 912 157 nəfərə çatıb.
Son sutka ərzində 287 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 369 995 nəfərə çatıb.
Koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 19.9% azalıb: “Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 16,4 olub və əvvəlki həftə ilə müqayisədə 19.9 faiz azalıb”.