"Soyuz MS-19" kosmik gəmisi sərt eniş edib. 

"Unikal" xəbər verir ki, bu barədə kosmonavt Anton Şkaplerov bildirib.

Onun sözlərinə görə, güclü külək nəticəsində enən gəmi enişdən sonra bir neçə dəfə çevrilib. 

Qeyd edək ki, martın 30-da rus kosmonavtları Anton Şkaplerov və Pyotr Dubrov, amerikalı astronavt Mark Vande Hay ilə birlikdə "Soyuz MS-19" kosmik gəmisinin eniş aparatında Yerə qayıdıb.

Ağarza Elçinoğlu