Rusiyanın Çelyabinsk vilayətində rusiyalı məktəbli qız it balasını iyirminci mərtəbədən aşağı atıb.

"Unikal" xəbər verir ki, bu barədə heyvan hüquqlarının müdafiəçisi Tatyana Fekliçeva hadisə barədə məlumat verib.

Görüntülərdə qızın it balasını liftlə 20-ci mərtəbəyə apardığı görünür. Növbəti kadrlarda artıq polisin hadisə yerinə gəldiyi görünür.

Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Yerli sakinlər heyvanın ölümündə əvvəllər pişik balasını vəhşicəsinə öldürməkdə və parçalamaqda şübhəli bilinən 14 yaşlı məktəbli qızın əli ola biləcəyini ehtimal edirlər.

Ağarza Elçinoğlu