Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffitslə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdən əvvəl açıqlama verən Lavrov, Buça şəhərində ortaya çıxan görüntüləri təxribat kimi şərh edərək, “Keçən gün Rusiya hərbçilərinin plan və razılaşmalara uyğun olaraq oradan ayrılmasından sonra Kiyev vilayətinin Buça şəhərində.növbəti saxta hücum həyata keçirildi. Buçadakı vəziyyət saxta hücum idi, uydurma görüntülər sosial mediada Qərb və Ukrayna tərəfindən yayıldı. Qərb Ukraynadakı humanitar vəziyyətlə bağlı spekulyasiya etməyə çalışır. Rusiya Federasiyası bu təşəbbüsü sülh və təhlükəsizliyə təhlükə yaradan təxribat kimi qiymətləndirir", - deyə bildirib.
Görüşdə Rusiya Federasiyasının Böyük Britaniyadan BMT Təhlükəsizlik Şurasının sədri kimi üzərinə düşən vəzifələri yerinə yetirməsini və Buçadakı vəziyyətlə bağlı toplantı təşkil etməyi tələb edəcəyi vurğulanıb.
Gülayə Mecid