Böyük Britaniya nüvə başlıqları daşıya bilən yüksək sürətli silahlar üzərində ABŞ və Avstraliya ilə əməkdaşlıq edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Bildirilir ki, bu əməkdaşlıq Rusiyanın Ukraynada sözügedən silahları sınaqdan keçirdiyini iddia etdikdən sonra baş verəcək. Onlar Rusiyanın bu silahlarını Ukraynada vurmaq üçün hipersəsli raketlərin inkişafı və texnologiyaları üzəridə birgə çalışacaqlar.
Britaniya rəsmiləri bildiriblər ki, əsas hədəflərin gizlədilməsi və raketin uçuş yolunu poza biləcək lazer silahlarının inkişafı anti-hipersonik silahlar üzrə planların bir hissəsini təşkil edə bilər.
Ağarza Elçinoğlu