Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu gün Rusiyanın Kramatorsk dəmiryol vağzalına endirdiyi raket zərbəsindən sonra Rusiyanı və prezident Vladimir Putini məsuliyyətə cəlb edəcəyinə söz verib.
"Unikal" xəbər verir ki, bu barədə Trass jurnalistlərə açıqlamasında deyib.
“Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk dəmir yolu vağzalında mülki şəxslərə raket hücumu ilə bağlı dəhşətli xəbərləri heyrətə gətirir. Mülki insanlara qarşı hücumlar müharibə cinayətidir. Biz Rusiyanı və Putini məsuliyyətə cəlb edəcəyik”, - deyə o bildirib.
Gülayə Mecid