Suriya prezidenti Bəşər Əsədin "sağ əli", Baas Partiyasının yerli lideri Deraa şəhərində silahlı hücum nəticəsində öldürülüb.
"Unikal" xəbər verir ki, həyatını itirən şəxsin Baas Partiyasının Neva şəhərinin rəhbəri Fərid əl-Emarin olduğu öyrənilib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, motosiklet sürən iki silahlı şəxs Deraa vilayətində Baas Partiyasının Neva əyalət binası qarşısında Fərid Muhammed əl-Emarinin avtomobilini saxlayıb və birbaşa onu hədəfə alıb. Daha sonra silahlı şəxslər Emarinin avtomobilini götürərək hadisə yerindən qaçıblar.
Qısa zamanda xəstəxanaya çatdırılan liderin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər bildiriblər ki, Emarinin bədənindən çoxsaylı güllələr çıxıb.
Gülayə Mecid