Polşanın Sileziyasındakı Pnieviek mədənində metan qazı partlayışı baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki partlayış nəticəsində azı 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Qeyd olunur ki, qəza aprelin 20-də gecə yarısından sonra baş verib. Həmin vaxt mədəndə 42 şaxtaçı var idi.
Hələlik 7 nəfərin taleyi məlum deyil.
Hazırda yeni partlayışa səbəb ola biləcək çox yüksək metan konsentrasiyası səbəbindən axtarışlar dayandırılıb. Hadisə yerinə baş nazir Mateusz Moraviecki gəlib.
Ağarza Elçinoğlu