Rusiya Xarici İşlər Nazirliyi 29 ABŞ vətəndaşını “stop” siyahısına daxil edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bundan əlavə, 61 Kanada vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.
Sanksiya tətbiq eidlənlər arasında “Meta”nın qurucusu Mark Zukerberqin və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də adı var.

Bildirilib ki, yaxın günlərdə Rusiya XİN ABŞ hakimiyyətinin düşmənçilik davranışlarına cavab olaraq “stop” siyahısını artıracaq.