Gürcüstanda son sutkada daha 161 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 301 nəfər müalicə olunaraq sağalıb.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyası 1 654 076 nəfərdə aşkarlanıb. Onların 1 635 291-i sağalıb, 16 795-i isə vəfat edib.