Əfqanıstanla İranın sərhəddində gərginlik yaranıb.

"Unikal" xəbər verir ki, İran sərhədçiləri avtomobillərlə Herat əyalətinə daxil olub. Nəticədə “Taliban” üzvləri ilə İran sərhədçiləri arasında gərginlik yaşanıb.

Xəbəri İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazimi də təsdiq edib.

O, baş verənlərə görə, hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” silahlılarını ittiham edib.