“İnanıram ki, Ukraynanı NATO-ya qəbul etməmək böyük səhv idi".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Aydındır ki, bu Alyansı gücləndirə və Rusiyanın müharibəyə başlamayacağına zəmanət verə bilərdi. Bu strateji səhv sayılır”,- deyə Zelenski bildirib.