Rusiya ilə Ukrayna arasında müharibə 61 gündür davam edərkən, Ukrayna ilə Yaponiya arasında böyük böhran yaşanıb.

"Unikal" xəbər verir ki, Ukraynanın rəsmi "Twitter" hesabından paylaşılan videoda Yaponiya imperatoru Hirohitonun Adolf Hitler və Benito Mussolini ilə “faşizmin məğlubiyyətini” təsvir etməsi iki ölkə arasında gərginlik yaradıb.

Videoda faşist ölkələrinin məğlub olduğu bildirilərkən, Yaponiyanın da bura daxil olması həm sosial mediada, həm də iki ölkə arasında mübahisə yaradıb. 

Ukrayna bundan sonra rəsmi olaraq üzr istəyib:

"Bizim Yaponiya vətəndaşlarını incitmək niyyətimiz yox idi, buraxdığımız səhvə görə Yaponiyadan üzr istəyirik", - bəyanatda deyilir.

Qeyd  edək ki, müharibə başlayandan Yaponiya digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak etmiş, onun pasifist mövqeyini pozaraq Ukraynaya hərbi texnika göndərmişdi. Digər tərəfdən, Yaponiya daha əvvəl də qeyri-adi bir şəkildə qapılarını qaçqınların üzünə açmağa qərar vermişdi.

Gülayə  Mecid