“Pəncə Kilid” antiterror əməliyyatı başlayandan bu gündək 56 terrorçu zərərsizləşdirilib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
O, 2022-ci il başlayandan indiyədək 991 terrorçunun zərərsizləşdirildiyini vurğulayıb:
“Fəaliyyətimiz qonşu İraqın ərazi bütövlüyünə hörmət əsasında davam edir. Hədəfimiz terrorçulardır. Ölkəmizi, sərhədlərimizi, təhlükəsizlik qüvvələrimizi terror hücumlarından qorumaq üçün fəaliyyət göstəririk”.