Türkiyənin milli müdafiə naziri Hulusi Akar sabah Almaniyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
O, Ukraynaya hərbi yardımla bağlı 30-a yaxın ölkənin müdafiə nazirlərinin iştirak edəcəyi görüşə qoşulacaq.
Görüş Almaniyada ABŞ-a məxsus Ramşteyn aviabazasında baş tutacaq.