Dnestryanı bölgənin Qriqoriopol rayonunda "Mayak" radio-televiziya mərkəzinin ərazisində iki partlayış baş verib. 

"Unikal" xəbər verir ki, "RİA Novosti"nin məlumatında ən güclü iki antenanın sıradan çıxdığı deyilir. 

Güc strukturlarının və fövqəladə hallar xidmətlərinin əməkdaşları qəza yerinə yola düşüb, polis radio və televiziya mərkəzinin ərazisini mühasirəyə alıb, istehkamçılar bütün obyektlərə baxış keçiriblər.

Qeyd olunub ki, müəssisənin əməkdaşlarından və Mayak kənd sakinlərindən heç kim xəsarət almayıb.

Ağarza Elçinoğlu