Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıç Vyanada keçirilən görüşdə normallaşma prosesinin məqsədinin iki ölkə arasındakı münasibətlərin tam nizamlanmasına nail olmağı bir daha təsdiqləyiblər.

"Unikal" xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında səmimi və səmərəli fikir mübadiləsi aparıldığı vurğulanıb. Rubinyan və Kılıç nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün atılacaq mümkün addımları müzakirə ediblər.
Həmsöhbətlər ilkin şərt olmadan prosesi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar artıq iki görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.
Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub.

xxx

16:23

Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü baş tutub.

"Unikal" xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Qeyd edək ki, bu xüsusi nümayəndələr arasında üçüncü görüşdür.