Rusiya və Fransa prezidentlərinin telefon danışığının bəzi detalları məlum olub.

"Unikal" xəbər verir ki, Prezident Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona Mariupol şəhərinin azad edilməsi və “Azovstal” zavodundan mülki əhalinin evakuasiyası barədə BMT baş katibi Antoniu Quterreş və Kremlin razılaşdığını bildirib.

Makron Putinə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yaranan problemlərdən narahatlığını çatdırıb.

"Putin Makrona, həmçinin bildirib ki, Kiyev ciddi işə hazır olmasa da, Rusiya tərəfi hələ də dialoqa açıqdır" - görüşlə bağlı yayılan məlumatda deyilir.