Moskva vilayətinin Mıtişi şəhərində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 15 nəfər dəm qazından zəhərlənib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın 80 kv.m. sahəni əhatə edib. Yanğının söndürülməsi zamanı 8 nəfər təxliyyə edilib. Moskva vilayətinin prokurorluğu 3 nəfərin ölümünü təsdiqləyib.
Yanğınla bağlı araşdırmalara başlanılıb.