Ukraynada vətənə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Şəri İspaniyada saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. 

“İspaniyanın hüquq-mühafizə orqanları A.Şərini  2022-ci il mayın 4-də saxlayıb”, - deyə məlumatda bildirilir.

Şəri Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət törətməkdə şübhəli bilinir.