Ermənistanın Kotayk rayonunun keçmiş polis rəisi Avetik Abramyanın qızı evində ölü tapılıb.  

"Unikal" "Shamshiyan"a istinadən xəbər verir ki, polis 35 yaşlı Tatevik Abramyanın cansız bədənində zorakılıq əlamətləri aşkar edib. İlkin olaraq onun həyat yoldaşı Narek Sarkisyan  tərəfindən qətlə yetirildiyi bildirilib.  

31 yaşlı Narek Sarkisyan polislər tərəfindən axtarışa verilib.  Araşdırmalar davam edir.  

Gülayə  Mecid