Rusiya cavab addımı olaraq 7 danimarkalı diplomatı ölkədən çıxarır.
"Unikal" "Al jazeera"-yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi, Kopenhagenin keçən ay 15 rus diplomatını ölkədən çıxarmasına cavab olaraq yeddi danimarkalı diplomatı “persona non-qrata” elan etdiyini, Moskvanın da Kopenhagenin Ukraynaya hərbi yardımına etiraz etdiyini bildirib.
Nazirlik Danimarkanın anti-Rusiya siyasətinin ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu və Rusiyanın buna cavab olaraq əlavə addımlar atmaq hüququnu özündə saxladığını bildirib.
Aynurə Xudaverdiyeva