Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edən Ərdoğan danışıqlar prosesinə dəstək verilməsinin vacibliyini vurğulayıb.