Dünyada izafi ölüm halları 14,9 milyon nəfər təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.
Qeyd olunub ki, izafi ölüm halları birbaşa (xəstəlik) və dolayısı ilə (pandemiyanın səhiyyə sistemi və cəmiyyətə təsiri) COVID-19-la bağlı olub.
Koronavirus və pandemiyanın təsirindən ən çox ölüm Cənub-Şərqi Asiya, Avropa və Amerikada (86%) qeydə alınıb. Həmçinin, kişilər arasında ölüm hallarının ümumi sayı qadınlara nisbətən daha çox olub (müvafiq olaraq 57% və 43%).