ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki mayın 13-də vəzifəsini tərk edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Bildirilir ki, Psakinin yerinə onun müavini Kareen Jan-Pyer təyin edilib.
“Kareen belə çətin işə təcrübə istedad və dürüstlük gətirməyəcək, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyasının işi haqqında məlumatların yayılmasına rəhbərlik etməyə davam edəcək”,- deyə Prezident Co Bayden açıqlamasında bildirib.
Həmçinin Bayden Cen Psakiyə təşəkkür edib.