“Biz 12 xalı münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən müsabiqənin gedişatında canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.
"Unikal" xəbər verir ki, bunu “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.
N. Salmanova vurğulayıb ki, canlı bağlantıya qoşulmamağın səbəbi onların tərəfindən deyil, təşkilatçıların ucbatından olub.
Qeyd edək ki, 66-cı “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukraynanın “Kalush” qrupu olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli isə 106 xal toplayaraq 16-cı yeri tutub.