Türkiyə iki il ərzində milli “Altay” əsas döyüş tankının kütləvi istehsalına başlayacaq.

"Unikal" xəbər verir ki, hazırda döyüş vasitəsinin sınaqları keçirilir.

65 tonluq tank “Aselsan” tərəfindən hazırlanmış müdafiə sistemi ilə təchiz ediləcək. Bu sistem tankı “Javelin” kimi ən müasir tank əleyhinə raket sistemlərindən belə qoruyacaq.

Yerli istehsal olan hərəkət sisteminin yaradılması da son mərhələdədir. İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Yeni nəsil zirehlərlə təchiz olunacaq tankın atəş məsafəsi 8 km olacaq. Yanğına nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək.