Rusiyanın Rostov vilayətində "Gloria Jeans" şirkətinin istehsalat binasında yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə istinadən "Danışır Moskva" məlumat yayıb.

Məlumata əsasən, yanğının sahəsi 250 kvadratmetr olub. Söndürmə işlərinə 58 nəfər və 17 texnika cəlb olunub. Zərərçəkənlər və xəsarət alanlar, o cümlədən yanğının səbəbləri barədə heç bir məlumat yoxdur.

Ağarza Elçinoğlu