Böyük Britaniya 2023-cü ildə Ukrayna əvəzinə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edə bilər. 

"Unikal"ın "The Guardian"a istinadən verdiyi xəbərə görə, müsabiqədə ikinci yeri tutan Britaniya növbəti festivala ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Qeyd olunur ki, müharibə ilə əlaqədar Avropa Yayım İttifaqı Kiyevdə tədbir təşkil etmək fikrindən ehtiyatlana bilər.

2023-cü ilin aparıcısı çox güman ki, "Eurovision" xəzinəsinə ən çox töhfə verən və finala birbaşa vəsiqə qazanan "böyük beşlik" adlanan ölkələrdən seçiləcək: Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin səsvermənin nəticələrinə görə, qalib Ukrayna olub. Ənənəyə görə, "Eurovision"ın növbəti məkanı qaliblərin təmsil olunduğu dövlət olmalıdır.

Ağarza Elçinoğlu