İspaniyanın Barselona şəhərindən 14 kilometr aralıda yerləşən Sant Boi de Llobregat stansiyasında yük qatarı ilə şəhərətrafı qatar toqquşub.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində qatarın maşinisti dünyasını dəyişib, 2-si ağır olmaqla 85 nəfər yaralanıb.
Qəzadan sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişin təxliyə edilib.
Qəzadan sonra bölgəyə səfər edən Kataloniya Regional vitse-prezidenti Jordi Puignero bildirib ki, qəzanın səbəbləri ilə bağlı dərhal araşdırma başlanacaq