Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatı qızların altıncı sinifdən sonra oxumasına icazə verəcəklərini vəd edib.
"Unikal" xəbər verir ki, "CNN" telekanalına müsahibəsində müvəqqəti hökumətdə təmsil olunna Daxili İşlər Naziri Siracuddin Hakkani hökumətin hazırda bunu mümkün edəcək bir mexanizm üzərində çalışdığını bildirib.
"Heç kim qadınların təhsil almasının əleyhinə deyil, qızların isə 6-cı sinfə qədər məktəbə getməsinə artıq icazə verilib. Bundan daha böyük yaşlılara gəldikdə isə mexanizm üzərində iş davam edir", - o, qeyd edib.
Taliban təmsilçisi əmin edib ki, hökumət tezliklə dərslərin bərpası üçün mümkün vaxt cədvəlini açıqlayacaq.