ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ARRW (Air-Launched Rapid Response Weapon) proqramı çərçivəsində hipersəs silahının prototipini uğurla sınaqdan keçirib.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə idarə məlumat verib.
"Bu, hərbi sektor və Hərbi Hava Qüvvələrimiz üçün böyük nailiyyət idi", - məlumatda deyilir.
Buraxılış Kaliforniyanın cənub sahillərindən həyata keçirilib. Sənəddə deyilir ki, ABŞ Hərbi Hava Qüvvələrinin "Boeing B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi ARRW proqramı çərçivəsində hazırlanmış "AGM-183A" hipersəs raketini uğurla vurub.
Qeyd olunub ki, raketin sürəti səs sürətindən beş dəfə çox olub.
Ağarza Elçinoğlu