İranın hakimiyyət orqanları Moskva ilə Kiyev arasında vasitəçilik və münaqişənin həlli istiqamətində səylərini bərpa etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə "RİA Novosti"yə bildirib.
"Biz ( Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllinə - red.) bacardığımız qədər və hər iki tərəf hazır olduğu qədər töhfə verə biləcəyik. İran İslam Respublikası, inşallah, münaqişənin həlli üçün yeni bir işə başlayacaq", - Xətibzadə deyib.
O, həmçinin qeyd edib ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir . Xətibzadənin sözlərinə görə, bu, həm İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın səfərləri zamanı, həm də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə təmaslarında bildirilib.
Ağarza Elçinoğlu