Hindistanın şimal-şərqindəki Assam əyalətində aramsız yağan yağışlar səbəbindən daşqınlar baş verib.
"Unikal" xəbər verir ki, təbii fəlakət nəticəsində 8 nəfər həyatı itirib. Bir çox yaşayış məntəqələrinə ziyan dəyib.
Assam Dima Hasao bölgəsinin rəsmisi sel səbəbiylə bölgədə qatar xidmətlərinin fəaliyyət göstərmədiyini, sel və torpaq sürüşmələri səbəbiylə bölgədə yaşayan 200 min insanın əyalətə girib-çıxmasının qarşısı alındığını açıqlayıb. Hindistan Meteorologiya Departamenti güclü yağışların növbəti 4 gün ərzində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Hindistanın Uttarakhand əyalətində 2020-ci ildə baş verən daşqın nəticəsində 200 nəfər ölüb.