Ermənistandakı etirazlar bu ölkənin daxili işidir, Rusiya buna qarışmır.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
“Bu, Ermənistanın daxili işidir - orada baş verən hər şey bu ölkənin daxili işidir. Biz bunu bilirik və bu proseslərə qarışmırıq", - rusiyalı diplomat vurğulayıb.