Rusiya-Ukrayna danışıqları dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak məlumat yayıb.
Onun sözlərinə görə, rusların tələbləri cəbhədəki hadisələrdən fərqli olaraq dəyişmir.
"Rusiya Federasiyası başa düşmür ki, Ukraynada vəziyyət əvvəllər olduğu kimi deyil. Və onlar öz direktivlərini dəyişmirlər, şantaj etməkdə davam edirlər, bəzi mövqelər açıq şəkildə səsləndirilir... Onlar Hamısı Ukraynaya bəzi iddialar irəli sürür, onlar guya “Ukrayna nasizmi”nin mövcud olduğu bir dünyada yaşayırlar. Artıq dünyada məlumdur ki, bu gün nasizmin yalnız bir növü var - rus nasizmi",- Podolyak bildirib.
Gülayə Mecid