Avropa İttifaqı Rusiya ilə müharibədə Ukraynanın lazımi silahlarının tükənməsinə imkan verməyəcək.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrel Brüsseldə keçirilən brifinqdə deyib.
Aİ-nin ali nümayəndəsi bildirib ki, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu gün videobağlantı vasitəsilə Ukraynadakı vəziyyət və Ukrayna ordusunun ehtiyacları barədə danışıb.
O əlavə edib ki, Ukrayna ordusunun potensialını gücləndirmək üçün davam edən səyləri dəstəkləmək lazımdır: "Biz resursları və təchizatı artırmalıyıq. Və mən demək istəyirəm ki, bu dəstək hazırda kritikdir, çünki müharibə həlledici məqama, dönüş nöqtəsinə çatıb və biz Ukraynanın texnikasının tükənməsinə imkan verə bilmərik və etməyəcəyik".
Ramil Zeynallı